Xəzər Xəbər

Narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub

Dünya | 14:55 • 23 İyul 2019
Narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub

Avstraliyanın Sidney şəhərində 270 kiloqram narkotik maddə daşıyan yük maşını polis avtomobili ilə toqquşub.


AZƏRTAC "Sydney Morning Herald” nəşrinə istinadla xəbər verir ki, həmin yük maşınında 200 milyon Avstraliya dolları (təqribən 140 milyon ABŞ dolları) dəyərində metamfetamin aşkar edilib.


Bildirilir ki, hadisə Sidneyin şimal-qərbində baş verib. Yol-nəqliyyat hadisəsi yaxınlıqdakı videokameralar tərəfindən lentə alınıb. Hadisədən təqribən bir saat sonra polis hadisə yerindən qaçan 26 yaşlı qanun pozucusunu həbs edib və yük maşınında axtarış aparıb. Həbs edilən sürücüyə qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb.


Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda yük maşınının hərəkəti barədə informasiyalar toplayırlar.

Xəbər lenti