Xəzər Xəbər

Gürcüstanda onkoloji xəstələrin sayı artıb

Dünya | 16:38 • 20 İyul 2019
Gürcüstanda onkoloji xəstələrin sayı artıb

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi ölkə üzrə onkoloji xəstəliyin daha geniş yayıldığı bölgələri araşdırıb.


AZƏRTAC xəbər verir ki, araşdırmaların nəticələrinə görə, Tbilisi onkoloji xəstəliyin ən çox yayıldığı ərazi hesab olunub.


Cari ildə Gürcüstan paytaxtında 3720 nəfər bədxassəli şişi olan xəstə qeydə alınıb. Bu da 100 min nəfərə 319,3 fakt deməkdir. Bu, ölkənin regionları üzrə ən böyük göstəricidir.


İkinci yerdə Raça-Lçxumi və Zemo Svaneti regionları dayanır. Bu bölgələrdə əhalinin hər 100 min nəfərindən 303,6-sı bədxassəli şişlərdən əziyyət çəkir.


Siyahıda 262,3 faktla (hər 100 min nəfərə 262,3 fakt) Acarıstan Muxtar Respublikası dayanır.


Ötən il isə Gürcüstanda 9635 nəfər bədxassəli şişdən əziyyət çəkən xəstə qeydə alınıb. Bu da əhalinin hər 100 min nəfərinin 258,5 nəfəri deməkdir.

Xəbər lenti