Xəzər Xəbər

Qusarda qoyun oğruları saxlanılıb

Hadisə | 15:18 • 20 İyul 2019
Qusarda qoyun oğruları saxlanılıb

Qusar rayonunda qoyun oğurlayan şəxslər saxlanılıb


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qusar rayonu Gədəzeyxur kənd sakinləri B. Seyidov və İ. Hacəliyev Rayon Polis Şöbəsinə müraciət edərək onlara məxsus 8 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı bildiriblər.


Polis əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri, 37 yaşlı Famil Kəlbəliyev, əvvəllər məhkum olunmuşlar 55 yaşlı Allahverdi Nəzərov və 45 yaşlı Mahir Nəcəfov saxlanılaraq polis şöbəsinə gətiriliblər. Dindirilmə zamanı hər üç şəxs törətdikləri oğurluq hadisələrini etiraf ediblər.


Faktlarla əlaqədar Qusar RPŞ-nin Tədqiqat Bölməsində araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti