Xəzər Xəbər

Şəhriyar Məmmədyarov Uesli Soya qalib gəlib

İdman | 09:53 • 19 İyul 2019
Şəhriyar Məmmədyarov Uesli Soya qalib gəlib

Riqada FIDE-nin və "World Chess” şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019” seriyasının ikinci mərhələsinin yarımfinal oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli So ilə qarşılaşmada qələbə qazanıb.

Qeyd edək ki, şahmatçımız səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Xəbər lenti