Xəzər Xəbər

Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

Dünya | 09:36 • 19 İyul 2019
Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

"Bizdə Pilotsuz Uçan Aparat itkisi ilə bağlı heç bir məlumat yoxdur".


Xezerxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın ABŞ ordusu tərəfindən İrana məxsus PUA-nın vurulmasına münasibət bildirərkən vurğulayıb.


O, dünyanın siyasi xəritəsinə istinad edərək əlavə edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazından çox uzaqdır, lakin buna baxmayaraq, regionda vəziyyətə müdaxilə edir.

Xəbər lenti