Xəzər Xəbər

Bakıda daha 3 minə yaxın sosial mənzilin tikintisi yekunlaşır - VİDEO

Veb TV | 19:45 • 18 İyul 2019
Bakıda daha 3 minə yaxın sosial mənzilin tikintisi yekunlaşır -

Bakıda daha 3 minə yaxın sosial mənzilin tikinti işləri yekunlaşmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, 2017 ci ilin dekabr ayının 24-də təməli qoyulan yaşayış kompleksində artıq təmir işlərinə başlanılıb.Yaşayış kompleksində ölkəmzidə şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük geniş həyətlərlə yanaşı, Avropa şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlərin salınması planlaşdırılır.

Yaşayış kompleksində ki 2962 mənzilin 280 -ni birotaqlı, 1401-i ikiotaqlı, 980-ni 3 otaqlı, 301 isə 4 otaqlı olacaq.

Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Bununla yanaşı yaşayış kompleksdə sosial infrastruktur obyektlərinin də tikintisi təmin eidləcək.

Qeyd edək ki, mənzillərin yekun qiyməti tikinti işi tam başa çatdıqdan sonra satışdan öncə elan ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti