Xəzər Xəbər

Standartlaşdırma üzrə Dövlət Fondu yaradılır - VİDEO

Veb TV | 20:42 • 17 İyul 2019
Standartlaşdırma üzrə Dövlət Fondu yaradılır -

Azərbaycanda yeni formatda fəaliyyət göstərəcək Standartlaşdırma üzrə Dövlət Fondu yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, "Standartlaşdırma haqqında" qanunun tətbiqinə uyğun olaraq Standartlaşdırma üzrə Dövlət Fondu standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursu olacaq.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev deyir ki, yeni Fond standartların hazırlanması ilə deyil, onların toplanılması və lazımi qurumlara ötürülməsi funksiyasını həyata keçirəcək. Fondda toplanan normativ sənədlərdən, standartlardan beynəlxalq təşkilatlar da bəhrələnə biləcəklər.

Nazirlər Kabinetinə 5 ay müddətində Standartlaşdırma üzrə Dövlət Fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi qaydasını təsdiq edib ölkə prezidentinə məlumat vermək tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti