Xəzər Xəbər

İlin birinci yarısında 1 milyon tondan çox dizel yanacağı istehsal olunub

İqtisadiyyat | 11:48 • 17 İyul 2019
İlin birinci yarısında 1 milyon tondan çox dizel yanacağı istehsal olunub

Yanvar-iyun aylarında Azərbaycanda 1 milyon 67 min ton dizel yanacağı, 607,2 min ton avtomobil benzini, 151,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 300,3 min ton ağ neft, 57,8 min ton yanacaq mazutu, 9,6 min ton sürtkü yağları, 98 min ton neft bitumu və 446,9 min ton neft koksu istehsal edilib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, 6 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 535,6 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,5 faiz azalıb.


Neft məhsullarından avtomobil benzininin, ağ neftin, sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb. Yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.

Xəbər lenti