Xəzər Xəbər

Goranboyda qəsr aşkarlanıb - VİDEO

Veb TV | 20:08 • 16 İyul 2019
Goranboyda qəsr aşkarlanıb -

Goranboyda görünüşcə qədim feodal qəsrini xatırladan məkan aşkarlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə mis pullar, müxtəlif qablar, divar və bürc qalıqları üzə çıxarılıb.

Hansısa mülkədar və ya feodala aid olduğu güman edilən bu qəsr 3 il öncə ərazidə iş aparan BP əməkdaşları tərəfindən üzə çıxarılıb. Arxeoloji tapıntının əhəmiyyəti nəzərə alınaraq, neft kəmərinin marşrutu dəyişdirilib və sahənin yanından ötmək qərara alınıb. Bundan sonra Kərpicli təpədə arxeoloqlar işlərə başlayıb. Hələlik 1800 kv.m sahəsi üzə çıxarılan qəsr miniatür şəhəri xatırladır.

Ərazidən Atabəylər dövlətinə aid edilən mis sikkələr, şüşə məmulatların parçaları və qolbaqlar, gil muncuqlar da tapılıb.

Ərazi ilə bağlı məlumatların geniş yayılmasını təmin etmək məqsədilə qazantı aparılan qədim məkanın 3 D ölçülü modelinin də hazırlanması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti