Xəzər Xəbər

Bərbad vəziyyətdə olan avtobusda sərnişin daşınır - VİDEO

Veb TV | 19:12 • 16 İyul 2019
Bərbad vəziyyətdə olan avtobusda sərnişin daşınır -

Bakıda bərbad vəziyyətdə olan avtobusla sərnişin daşınır. Bununla bağlı ''Xəzər Xəbər''in votsap nömrəsinə görüntü göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, görüntüdən aydın olur ki, avtobusun içərisi natəmiz vəziyyətdədir.

Avtobusun oturacaqları isə qırılmış və çıxmış haldadır. Kadları avtobusda əyləşən sərnişinlərdən biri Sabunçu, Dəmir Yolu Vağzalından Günəşli qəsəbəsinə sərnişin daşıyan 55 saylı avtobusda çəkib.

Çəkiliş apardığımız zaman isə məlum oldu ki, həmin xətdə olan bir neçə avtobusların da vəziyyəti ürəkaçan deyil. Nəqliyyat vasitələrinin içərisi çirkli, oturacaqları isə sınıq vəziyyətdədir.

Xəttin dispetçer köməkçisi avtobusların bu vəziyyətə düşməsinin əsas səbəbkarlarının sərnişinlər olduğunu dedi.

Məsələ ilə bağlı Bakı Nəqliyyyat Agentliyindən bildirildi ki, həmin məsələ ilə bağlı araşdırma aparılacaq. Daşıyıcı şirkətin nümayəndəsi quruma çağırılacaq və laziıi tədbirlər görüləcək. Agentlikdən o da bildirildi ki, avtobus parkının yenilənməsi məqsədi ilə yaxın vaxtlarda Bakıya 200 sərnişin avtobusu gətiriləcək. Bundan sonra istismar müddəti bitən avtobuslar xətdən çıxarılacaq və sərnişinlər tərəfindən mütəmadi şikayətlər daxil olan daşıyıcı şirkətlərlə bağlanan müqavilələrə xitam veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti