Xəzər Xəbər

Bakıda bıçaqlanma olub - VİDEO

Veb TV | 18:34 • 16 İyul 2019
Bakıda bıçaqlanma olub -

Gecə Bakıda bıçaqlanma olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu "Vağzal küçəsi" kimi tanınan ərazidə baş verib. 43 yaşlı Həsənov Şöhrət Kamandar oğlu qonşusu ilə gecə vaxtı hələlik bilinməyən səbəbdən mübahisə edib. Mübahisə daha sonra tərəflər arasında münaqişəyə çevrilib və Şöhrət Həsənov ayağından bıçaqlanıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Həkimlərin səyi ilə yaralının həyatı xilas edilib.

Həkim Mərziyə Hüseynova xəstənin vəziyyəti barədə məlumat verib.

Faktla bağlı polis araşdırma aparır.


Xəbər lenti