Xəzər Xəbər

BMT-nin Dövlət Xidmətləri Forumu davam edir . VİDEO

Veb TV | 20:55 • 25 İyun 2019
BMT-nin Dövlət Xidmətləri Forumu davam edir .

Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda keçrilən BMT-nin Dövlət Xidmətləri Forumu ikinci gündə də müxtəlif panllərdə müzakirələr davam edib.

''Dövlət sektorunda əlaqələndirilmiş yanaşmaların təmin olunması'' adlı panel müzakirlərində çıxış edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda ekologiyanın daim qorunduğunu bildirib və qarşıda duran məqsədlər barədə qısa məlumat verib.

Forumun ikinci günündə "Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək" mövzusunda interaktiv panel müzakirəli plenar sessiyada keçirilib və dünya üzrə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün atılan addımlar müzakirə edilib. Daha sonra BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir jurnalistlərin suallarını cavablandırıb.

3 günlük forum sabah işini yekunlaşdıracaq.

Xəbər lenti