Xəzər Xəbər

BNA-dan qaydanı pozan sürücülərə XƏBƏRDARLIQ! VİDEO

Veb TV | 20:43 • 25 İyun 2019
BNA-dan qaydanı pozan sürücülərə XƏBƏRDARLIQ!

Bir neçə gündən sonra qadağan olunan yerlərdə saxlanılan avtomobillərin təxliyəsinə başlanılacaq.Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş qaydada müvəqqəti duracağa daşınması həyata keçiriləcək.

İlkin olaraq təxliyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarinda nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək.

Sürüclər də hərəkətə maneçilik törədən avtomobillərin təxliyyəsini düzgün hesab edirlər.

Şəffaflığın təmin edilməsi məqsədilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Baki Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və ''Qış parkı'' kimi tanınan ərazidəki yeralti avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda sürücülərin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalniz nağdsiz qaydada aparılacaq.

Xəbər lenti