Xəzər Xəbər

Şirməmməd Hüseynovla vida mərasimi keçirilib VİDEO

Veb TV | 20:38 • 25 İyun 2019
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.

Vida mərasimində mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri və başqa qonaqlar iştirak ediblər.

Tədbirdə iştirak edənlər mərhumun həyat və yaradıcılığından, gördüyü işlərdən bəhs ediblər.

Görkəmli alimin yoldaşları onun hər zaman qəlblərdə yaşayacağını bildiriblər.

Ömrünün çoxunu yazmağa-yaratmağa sərf edən alimin vida mərasimi onun dərs dediyi Baki Dövlər Universitetindəbaş tutub. Vida mərasimində universitet rəhbərliyi və alimin yaxın dostları onunla bağlı xatirələrini bölüşüblər. Mərhumun ailəsi adından onun qızı, Prezident Administrasiyasının Humanitar məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva çıxış edib, vida mərasiminə gələn bütün insanlara təşəkkür edib.

Qeyd edək ki, bütövlükdə jurnalistikanın inkişafına, bugünkü kadrların yetişməsinə böyük töhfə vermiş şəxsiyyətlərdən olan professor Şirməmməd Hüseynovbir çox mükafalatlara layiq görülüb. O, AzərbaycanPrezidentinin sərəncamına əsasən "Şərəf" ordeni ilə də təltif edilib.

Alim ömrünün 95-ci ilində vəfat edib. Şirməmməd Hüseynov 2-ci fəxri xiyabanda dəfn edilib.

Xəbər lenti