Xəzər Xəbər

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı - VİDEO

Veb TV | 21:12 • 25 İyun 2019
Bakıda "avtoş" polisləri arxasına salıb

Polisin saxla əmrinə tabe olmayan sürücü yol boyu təhlükəli manevrlər edir. Hətta bir neçə dəfə qarşı zolağa çıxan sürücü işıqforun tələbinə də məhəl qoymur.

Görüntülər bu gün səhər saatlarında paytaxt ərazisində olan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb. 4 cü kurs tələbəsi olan Kamran Qasımov əməlləri narkotik maddənin təsiri altında edib. İşıqforda dayanan avtomobili saxlayan yol polisinə qarşı da zor tətbiq edib.

Yol boyu təhlükəli hərəkətlər edən sürücü digər hərəkət iştirakçılarına da ziyanvurub. O, 4 vətəndaşın avtomobilini də əzib.

Kamran Qasımov ilkin ifadəsində sadəcə qorxduğu üçün tabe olmadığını deyərək özünə bəraət qazandırmağa çalışsa da, Narkoloji Dispanserdə müayinə zamanınarkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib.

Sürücü barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərilib.

Xəbər lenti