Xəzər Xəbər

Foto çəkdirmək istədi, avtomobili dərəyə aşdı VİDEO

Veb TV | 13:13 • 19 İyun 2019
Foto çəkdirmək istədi, avtomobili dərəyə aşdı

Quba-Xınalıq yolunda avtomobil dərəyə aşıb.

Hadisə Quba-Xınalıq yolunun 29 kilometrliyində qeydə alınıb.

Ərazidə istirahət edən turist "Nissan" markalı avtomobili yol kənarında park edib. Lakin sürücü avtomobildən endikdən sonra maşın düzgün park edilmədiyi üçün Qudyalçaya doğru yuvarlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, analoji hadisə təxminən 7-8 ay öncə də baş vermişdi. Belə ki, "Toyota Prado" markalı avtomobildüzgün park edilmədiyi üçün sözügedən yolda dərəyə aşmışdı.

oxu.az

Xəbər lenti