Xəzər Xəbər

Yaponiyanı yenə fəlakət gözləyir

Dünya | 12:33 • 19 İyun 2019
Yaponiyanı yenə fəlakət gözləyir

Yaponiyaya sunamilər qədər heç nə zərbə vurmur. Bu gözəl ölkəni yenə fəlakət gözləyir.

Ölkənin şimalında sunami dalğaları qeydə alınıb. NHK telekanalının məkumatına görə, dalğalar Niiqata, Yamaqata və İsikava sahillərinə çatıb. Niiqatada dalğaların hündürlüyü təxminən 10 santimetrdir. Hündürlüyün tezliklə bir metr olacağı ehtimal edilir.

Niiqata həssas yerdir. Bu gün səhər saatlarında burada 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Ümumilikdə 9 min evə zərər dəyib. Ölkənin şimal rayonlarında xeyli ev işıqsız qalıb. Qatarların hərəkətində fasilə yaranıb.

Bütün Yaponiya boyu sunami xəbərdarlığı elan edilir. Sahil ərazilərində yaşayanlara müvəqqəti evlərini tərk etmək tövsiyə olunur./Bizimyol.info

Xəbər lenti