Xəzər Xəbər

Günəbaxan tumu və qabığı orqanizmə ziyan deyil ALİMLƏR AÇIQLADI

Cəmiyyət | 15:34 • 17 İyun 2019
Günəbaxan tumu və qabığı orqanizmə ziyan deyil

Günəbaxan tumuna həvəs kor bağırsağın iltihabı ilə nəticələnir.

Uzun illər buna inanmışıq. XəzərXəbər ölkə.az-a istinadən bildirir ki, türk həkimləri bu mifi darmadağın ediblər.

Mütəxəssislər 2000 kor bağırsaq əməliyyatını analiz ediblər. Məlum olub ki, cəmi 8 əməliyyatda kor bağırsaqda qida qalığı iltihaba səbəb olub. Onlardan cəmi biri meyvə çəyirdəyi ilə bağlı olub.

Rusiyalı alim Sergey Vyalov türk həmkarları ilə həmfikirdir və bildirib ki, günəbaxan tumu və qabığı kor bağırsaqda problem yaratmır. O, əmindir ki, ümumiyyətlə qida məhsulları iltihaba səbəb olmur.

"Günəbaxan tumu, meyvə və giləmeyvələri qabığı ilə yemək olar. Heç bir problem yaranmaz", - deyə Vyalov bildirib.

Xəbər lenti