Xəzər Xəbər

Uşaq otağını dekor edərkən belə səhvlər buraxmayın

Maraqlı | 15:29 • 17 İyun 2019
Uşaq otağını dekor edərkən belə səhvlər buraxmayın

Dünyanın ən xoş təlaşı şübhəsiz ki, bir körpənin doğulmasını gözləmək və onun üçün hazırlıq görməkdir. Körpə otağı hazırlamaq da bu arzuedilən təlaşın içindəki ən əyləncəli və həyəcanverici proseslərdən birdir. Lakin bu sevimli və həyəcan dolu hazırlıq müddətində ana-ataların xüsusilə diqqət etməsi lazım olan bəzi əhəmiyyətli məqamlar da var.

İlk növbədə hədəfiniz dünyaya gələcək və evinizin sevinci, həyatınızın baş rolu olacaq körpəniz üçün ən sağlam mühit yaratmaq olmalıdır. Düşündükdə belə, üzümüzə təbəssüm bəxş edən körpələr üçün hazırlanan otaqların həm ana-atalar, həm də körpələr üçün rahatlıq dolu və sağlam bir ab-havaya sahib olması şərtdir. Elə isə bunu necə bacarmaq olar? XəzərXəbər lent.az-a istinadən uşaq otağı dekorasiyası üçün valideynlərə bəzi əhəmiyyətli ipucları təqdim edir.

Rahat bir ab-hava

Körpə otağının ən vacib xüsusiyyəti təbii ki, dinclik olmalıdır. Xüsusilə yeni dünyaya gələnlər üçün dinc və sağlam yuxunun nə qədər əhəmiyyətli olduğunu hamımız çox yaxşı bilirik. Otağı dizayn edərkən ən çox buraxılan səhvlərdən biri dinamik və rəngli dizayn ünsürlərindən istifadə olunmasıdır. Əlbəttə, rəngbərəng, sevimli aksessuar və dizayn elementləri körpə otaqlarının vazgeçilməzləridir. Lakin həddindən artıq dinamik bir otaq körpəniz üçün diskamfort və yuxunu qaçıran ola bilər. Xüsusilə yuxu mövzusunda mühüm məqam olan rəng və dinamiklik yorucu olmamalı, dinclik və güvənverici bir tərzdə dizayn edilməlidir.

Canlı rənglər

Körpəmizin otağında yuxu saatlarından əlavə keçirdiyi zaman da xoşbəxtlik və sevinc kimi müsbət duyğular hiss etməlidir. Bu məqamda isə otağın rəng və naxışlar seçiminə diqqət etmək lazımdır. Körpələr tez-tez istifadə edilən rəngli bulud kimi naxışları və ya cizgi film xarakterlərini onsuz da ayırd edə bilmirlər. Mat rənglər də yeni doğulan körpələrin qəbul etdiyi tonlar deyil. Divar və mebellərin rəngləri canlı tonlarda olmalıdır. Müəyyən ana rənglər və tək tip naxışlar körpəmizin görmə qabiliyyətini inkişaf etdirən dizayn ünsürləridir.

Düz xətli divar kağızları

Əgər körpənizin otağı üçün divar kağızı seçirsinizsə, düz xətli naxışlar tövsiyə edilir. Bu cür xətli divar motivləri həm dinamik, həm də sadə və sakitləşdirici strukturları sayəsində xüsusilə yeni doğulan körpələr üçün sağlam xüsusiyyətlərə malikdir. Olduqca həssas, tünd və açıq rənglərin bir arada istifadə edildiyi xətli naxışlar körpələri sakitləşdirir, rahat, dinc bir yuxuya getmələrini təmin edir.

Yellənən körpə beşikləri

Körpələrin yellənərək yatızdırıldıqda uzun və sağlam yuxuya getmələri əfsanə deyil, elmi açıqlaması var. Əslində biz böyüklər üçün də etibarlı üsuldur. Lakin uşaqlara çox böyük təsirləri var. Körpə gözlərini sabit bir nöqtəyə dirədikdə beyin bədənin hərəkət etmədiyi siqnalını verir. Gözlər sabit olan zaman bədən yellənirsə, qulaq içindəki maye hərəkət edir və beyinə çatan iki fərqli siqnalın üst-üstə düşməsi nəticəsində yuxu gəlir. Böyüklərin körpələri yatızdırmaq üçün istifadə etdiyi bu üsulun tarixi lap qədim dövrlərə gedib çıxır. Üstəlik, bunun çox sağlam bir üsul olması da elmi tərəfdən sübut edilib. Elmi araşdırmalara görə, yellənərək yatızdırılan körpələr dərin və uzun yuxuya gedirlər. Bunun nəticəsində də inkişaflarını daha sağlam və erkən tamamlayırlar. Daxili qulaqdakı tarazlıq mexanizmləri sayəsində tarazlıq nöqtələrini daha sürətlə dərk edirlər və daha erkən oturmağa, yeriməyə başlayırlar. Məhz buna görə də körpə otağını dekorasiya edərkən alacağınız mebellərdən biri də yellənən beşik olmalıdır.

Təbii vəsaitlər

Körpə otağı üçün mebel seçərkən materialların çox əhəmiyyətli olduğunu unutmayın və mümkün olduqca təbii vəsait və mebellərə üstünlük verin. Çünki körpənizin toxunduğu əşyalar onun inkişafı və sağlamlığına təsir edir. Bu baxımdan taxta kimi təbii materialdan hazırlanan mebellər ən sağlam körpə mebelləridir.

Özünüzün də bəyəndiyiniz mebel və aksessuarlar seçin

Unutmayın ki, körpə otaqları valideynlərin də, xüsusilə, ilk aylarda yuxusuz gecələr keçirəcəyi bir məkandır. Buna görə də körpə otağındakı divar kağızından mebelədək - hər element sizi sıxmayacaq bir atmosfer yaratmalıdır.

Xəbər lenti