SpaceX-in rəhbəri və ABŞ-ın Tesla elektromobillərin istehsalçısı İlon Mask Twitter hesabını bağlayıb. "RT" agentliyinin verdiyi məlumata görə, bu barədə ixtiraçı Twitter-də yazıb.
"Bu dəqiqə Twitter akkauntumu sildim", - statusda deyilir.
Qeyd edək ki, Mask aprel ayında abunəçiləri ilə rus dilində danışıb./FaktXəbər