Xəzər Xəbər

Demet od püskürdü: Məşhuruq deyə aldadılırıq?

Şou Biznes | 13:46 • 17 İyun 2019
Demet od püskürdü: Məşhuruq deyə aldadılırıq?

Türkiyəli müğənni Demet Akalın qəlyanaltı üçün getdiyi restoranda aldadılıb.

Müğənni restoranın qiymətlərindən şikayətini "İnstagram” hesabında dilə gətirib.

D.Akalın paylaşımında qeyd edib: "Anlamadım, biz məşhuruq deyə aldadılırıq? 4 nəfərlik qəlyanaltı 300 lirə. Vallah Çeşmənin ən gözəl pideçisində dünyanı yeyirsən 90 lirə! Bu qəlyanaltı nədir belə 300 lira? Nə isə. Ad çəkməyəcəm məsumiyyətini itirən qəlyanaltıcı”.

Xəbər lenti