Xəzər Xəbər

Şəmkirdə evə basqın edənlər saxlanılıb - VİDEO

Veb TV | 19:05 • 27 May 2019
Şəmkirdə evə basqın edənlər saxlanılıb -

Bir neçə gün əvvəl Şəmkirin Aşağı Seyfəli kənd sakini Gülnarə Qasımovanın yaşadığı evə girib qadının əl- qolunu bağlayaraq evdən pul və qızıl aparan şəxslər müəyyən edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisədən sonra Samuxun Qarayeri qəsəbə sakinləri 28 yaşlı Yusif Kazımov və 31 yaşlı Vəli Şəfiyev polis tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər bir müddət əvvəl zərərçəkənin qohumu ilə tanış olublar. Söhbət əsnasında Gülnarə Qasımovaya Rusiyadan pul göndərildiyini öyrəniblər. Qarət planı hazırlayan Yusif Kazımov və Vəli Şəfiyev gəldikləri avtomobili evdən bir qədər aralıda saxlayaraq hədəf seçilən ünvana piyada hərəkət ediblər.

Qarətçilər evdən 3 min rus rublu, 3 min manat dəyərində qızıl- zinət əşyası və 1 ədəd mobil telefon oğurlayıblar. Onlar mobil telefonu sındırıb, yolun kənarına atıblar, qızıl-zinət əşyalarını isə Gəncədə sataraq pulunu öz aralarında bölüblər. Hazırda onların barəsində cinayət işi başlanılıb,istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti