Xəzər Xəbər

Gürcüstanda aralıq seçkilərin ikinci mərhələsinin vaxtı məlum olub

Dünya | 15:54 • 27 May 2019
Gürcüstanda aralıq seçkilərin ikinci mərhələsinin vaxtı məlum olub

Gürcüstanda aralıq parlament seçkilərinin ikinci mərhələsi iyunun 9-da keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da keçirilən seçkilərin nəticəsinə əsasən Tiflisin Mtatsminda rayonu üzrə millət vəkili seçkiləri ikinci mərhələyə qalıb. Seçkilərdə Gürcü Arzusu-Müstəqil Demokratlar partiyasından Şalva Şavqulidze və Gürcü Arzusu partiyasından Lado Kaxadze mübarizə aparacaq.

Xəbər lenti

Çox oxunanlar