Xəzər Xəbər

Bağlanmış banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına başlanılır

İqtisadiyyat | 15:29 • 27 May 2019
Bağlanmış banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına başlanılır

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan banklara kredit borcları restrukturizasiya olunacaq şəxslərə müraciət edib.


ADIF-dan xezerxeber.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul edilir.


Ləğv prosesində olan "Bank Standard" KB, "Texnikabank" ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı" ASC, "Evrobank" ASC, "Birlikbank" ASC, "Debütbank" ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan "Dəmirbank" ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında yerləşən "Əməliyyat İdarəsi" filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.

Xəbər lenti