Xəzər Xəbər

Rusiyada jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb - VİDEO

Veb TV | 14:39 • 27 May 2019
Rusiyada jurnalisti döyən icra başçısına qarşı cinayət işi başladılıb -

Rusiya İstintaq Komitəsinin Xakasiya vilayəti üzrə İdarəsi Şira rayonunun icra başçısı Sergey Zaytsev barəsində jurnalist fəaliyyətini həyata keçirərkən media işçisinə hücumla bağlı cinayət işi başladıb.

ONA-nın məlumatına görə, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mayın 22-də "Vesti. Dejurnaya çast” proqramının çəkiliş qrupu reportaj hazırlamaq məqsədi ilə rayon administrasiyasının binasına gediblər: "Kabinetində jurnalistlə görüş zamanı Sergey Zaytsev onların fəaliyyətindən narazı olaraq jurnalisti əli ilə itələyib, paltarından tutaraq yerə yıxıb”.

Cinayət işi çərçivəsində istintaq idarəsi məmurun korrupsiya əməllərində iştirakını da araşdırır.

Xəbər lenti