Xəzər Xəbər

Dekorlara maraq artıb - qiymət nəyə görə dəyişir və hansı dekorlar trenddir? - VİDEO

Veb TV | 19:41 • 26 May 2019
Dekorlara maraq artıb -

Son vaxtlar insanlar ad günü vəya hər hansı bir özəl gününü maraqlı etmək üçün müxtəlif dekorlara maraq göstəririlər. Belə dekorların qiyməti 200-500 hətta 6 min manat vəya daha çoxda ola bilir. Bəs bu qiymət nəyə görə dəyişir və hansı dekorlar trenddir?

Müxtəlif çizgi film aləmi,saraylar vəya müxtəlif maraqlı personajlar. Bütün bunlar ad günü vəya hər hansı bir özəl gün üçün hazırlanan dekorlardır.

Belə dekorlara son vaxtlar maraq artıb. Səbəb isə hər kəsin özəl günlərini daha maraqlı və yadda qalan etmək istəməsidir.

Öncə fiqur kəsilir istəyə görə rənglənir və dizayn edilir...Dekorcuların sözlərinə görəvətəndaşlardan gələn istəklər fərqlidir.Əgər əvvəllər adi sadə bir şeylər sifariş edilirdisə artıq bu sadəlik özünü fərqlilik və mürəkkəbliklə əvəz edib.Buda öz növbəsində qiymətlərə təsir edir..

Qeyd edək ki,dekorlar daha çox penaplas deyilən materildan hazırlanır. Ümumiyyətlə isə dekorların ərsəyə gəlməsi işinə sifarişdən asılı olaraq1 həftəyə kimi vaxt sərf edilir.

Xəbər lenti