Xəzər Xəbər

Zelenskidən AĞLASIĞMAZ ADDIM: hökumətdəki bütün vəzifələri...

Dünya | 17:55 • 24 May 2019
Zelenskidən AĞLASIĞMAZ ADDIM:

"Xalqın xidmətçisi” adlı məşhur komediya proqramında prezident obrazını canlandıran Ukraynanın yeni prezidenti Vladimir Zelenski ekranlarda qurduğu dövlət strukturunu gerçək həyata da tətbiq edir.

Zelenski şoumen olduğu dövrlərdə komediya proqramlarında birlikdə işlədiyi yoldaşlarına hökumətində vəzifə verir.

Onun "Kvartal 95” əyləncə şirkətinun uzun müddətdir birinci prodüseri vəzifəsini icra edən Sergey Trofimov birinci vitse-prezident olub. "Xalqın xidmətçisi” adlı proqramın əməkdaşı Yuri Kostyuka isə hökumətdə önəmli vəzifə verilib.

Zelenski uşaqlıq, məhəllə və məktəb dostu olan "Kvartal 95”in ortağı İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini təyin edib. Bakanov Korrupsiyaya qarşı mübarizə departamentini idarə edəcək və bürokratların vəzifəsindən sui-istifadə edib-etmədiyini araşdıracaq.

Zelenskinin bu siyasəti davam etdirməsi gözlənilir./publika.az

Xəbər lenti