Oman Xarici işlər naziri Yusuf bin Ələvi ABŞ-İran gərginliyini azaltmaq üçün səy göstərdiklərini söyləyib.
İngiltərənin "Mecelle" jurnalına açıqlama verən Bin Ələvi, "üçüncü tərəflərlə ABŞ və İran arasında yüksələn gərginliyi yatırmaq üçün çalışırıq", - deyib.
Sözügedən iki ölkə arasında döyüş ehtimalının bütün dünya üçün təhdid yaratdığını bildirən Bin Ələvi, ABŞ və İranın hazırkı vəziyyətdən daha irəliyə getməyin risklərini başa düşdüyünü vurğulayıb.
Xatırladaq ki, mayın 20-də Bin Ələvi İranın paytaxtı Tahranda həmkarl Məhəmməd Cavad Zəriflə görüşmüşdü./FaktXəbər