Xəzər Xəbər

Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib

Dünya | 13:49 • 24 May 2019
Türkiyə Fələstinə 3,5 milyon dollar yardım edib

"Türkiyə Fələstin dövlətinin sosial və iqtisadi inkişafına dəstək vermək məqsədilə 3,5 milyon dollar yardım edib”.


ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumatda qeyd edilib ki, iki ölkə arasında 15 sentyabr 2017-ci ildə imzalanan qrant müqaviləsinə əsasən, Türkiyə Fələstinə 10 milyon dollar verməlidir.

Müqavilədə nəzərdə tutulan məbləğin 3,5 milyon dolları bu gün Fələstinə göndərilib.

Xəbər lenti