Xəzər Xəbər

Bolqarıstan demoqrafik problemləri həll etmək üçün yeni siyasət tətbiq edəcək

Dünya | 10:58 • 23 May 2019
Bolqarıstan demoqrafik problemləri həll etmək üçün yeni siyasət tətbiq edəcək

Bolqarıstanda ölkənin yeni demoqrafik siyasət strategiyası üzrə işçi qrupu yaradılıb.


Baş nazirin demoqrafik və iqtisadi siyasət üzrə müavini Mariana Nikolova bildirib ki, işçi qrupuna Bolqarıstan elmlər akademiyasının ekspert və alimləri, həkimlər, mütəxəssislər daxil olacaq. O qeyd edib ki, yeni demoqrafik siyasət maliyyə stimullarından istifadə edəcək, amma onlar real olmalı və dövlətin imkanları ilə üst-üstə düşməlidir.


AZƏRTAC xəbər verir ki, cari il iyul ayının ikinci yarısında yeni siyasətlə bağlı konkret atılacaq addımlar açıqlanacaq.


Qeyd edək ki, 2018-ci ilin sonunda ölkə əhalisi 7 milyon nəfərə bərabər idi. 2017-ci illə müqayisədə bu rəqəm 49 995 nəfər azalıb.

Xəbər lenti