Xəzər Xəbər

XİN ABŞ-ın S-400-lə bağlı Türkiyəyə ultimatum verdiyinə dair xəbərləri təkzib edib

Dünya | 10:53 • 23 May 2019
XİN ABŞ-ın S-400-lə bağlı Türkiyəyə ultimatum verdiyinə dair xəbərləri təkzib edib

Türkiyə Xarici İşlər Nazirliyi rəsmi Vaşinqtonun Türkiyədən iyunun ilk həftəsinin sonuna kimi S-400-ün tədarükünü ləğv etməsini tələb etdiyinə dair xəbərləri təkzib edib.


ONA-nın "A Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan nazir müavini Yavuz Selim Kıran açıqlama verib.


"Rəsmi səviyyədə bizə belə bir müraciət daxil olmayıb. Martda ABŞ "Patriot” zenit-raket kompleksinin tədarükü ilə bağlı əvvəlki təkliflərini yeniləmişdi. Hesab edirik ki, söhbət bu təklifdən gedir”.


Qeyd edək ki, CNBC kanalı ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən yazıb ki, ABŞ Türkiyəyə S-400 sisteminin təxirə salınması üçün iyunun sonuna kimi vaxt verib, əks halda Türkiyəni mənfi nəticələr gözləyə bilər.

Xəbər lenti