Xəzər Xəbər

Almaniyadan Türkiyəyə S-400 XƏBƏRDARLIĞI

Dünya | 18:01 • 22 May 2019
Almaniyadan Türkiyəyə

Almaniya Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı qərarını yenidən nəzərdən keçirməsini tövsiyə edib.

Bu barədə hökumət sözçüsü Steffan Seybert danışıb.

"Prosesi yaxından izləyirik. Türkiyənin S-400 müdafiə kompleksi almaq qərarı NATO üçün çətin suallar doğurur. Ankaranın qərarı yenidən dəyərləndirməsini məmnuniyyətlə qarşılayacağıq”, - Seybert qeyd edib./publika.az

Xəbər lenti