Xəzər Xəbər

Problemli kreditlərlə bağlı işlər mayın 28-dək yekunlaşacaq VİDEO

Veb TV | 19:25 • 21 May 2019
Problemli kreditlərlə bağlı işlər mayın 28-dək yekunlaşacaq

Problemli kreditlərlə bağlı kompensasiyaların hesablara köçürülməsi qrafikə uyğun davam edir. Proses mayın 28-nə kimi yekunlaşacaq. Bunu Maliyyə naziri Samir Şərifov deyib. Nazir ölkədə həyata keçirilən islahatlar sayəsində Azərbaycanın xarici borcunun azaldığını da deyib.

Problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi 1 həftəyə kimi başa çatacaq.

Maliyyə naziri Samir Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında vəsaitlərin hesablara köçürülməsi davam edir. Proses fərmanda göstərilən vaxtda yekunlaşacaq.

Samir Şərifov Azərbaycanın dövlət borcundan da danışıb. Nazir qeyd edib ki, ölkədə aparılan islahatlar xüsusilə dövlət maliyyələşməsini əhatə edir və büdcə gəlirlərinin neftdən asılığını azaldıb, büdcənin fiskal rolunu gücləndirib. İslahatlar nəticəsində dövlət borcunun Ümumi Daxili Məhsula nisbəti azalıb. Ümumilikdə xarici valyuta da olan dövlət borcunda da azalma var.

Samir Şərifov qeyd edib ki, Azərbaycan 2020-ci ildən etibarən Asiya İnkişaf Fondunda donor kimi iştirak edəcək. Həmin məbləğ 2020-ci ilin dövlət büdcəsində də nəzərdə tutulacaq.

Xəbər lenti