Xəzər Xəbər

Milli Məclisdə müzakirə: Büdcə hara xərclənib? VİDEO

Veb TV | 18:57 • 21 May 2019
Milli Məclisdə müzakirə: Büdcə hara xərclənib?

Milli Məclisin İqtisadi Siyasət , Sənaye və Sahibkarlıq komitəsinin bu gün ki, iclasında əsas müzakirə mövzusu ''2018 ci ilin Dövlət Büdcəsinin İcrası Haqqında '' qanun layihəsi olub. Layihə haqqında məlumat verildikdən sonra millət vəkili Əli Məsimli proqnozların ötən illərə nisbətən daha çox özünü doğrulduğunu amma hələ də nəticənin qənaətbəxş olmadığını bildirib.

Millət vəkili Rüfət Məmmədov isə xüsusəndə regionlarda olan hava limanları və idman komplekslərinə əlavə vəsaitin sərf edilməməsi üçün özəl şirkətlərə icarəyə verilməsini təklif edib. Komitə sədri Ziyad Səmədzadə isə bununda bir sıra fəsadları ola biləcəyini bildirib.

Ziyad Səmədzadə 2018 ci ildə 15000 km qədər yol çəkildiyini, Bakı-Tblisi-Qars kimi böyük layihənin icra edildiyini xüsusi vurğulayıb. Bununla yanaşı O,Azərbaycanda 3 milyon işçi olduğu haldafiziki şəxslərdən cəmi 1,6 milyonunun müqavilələr bağladığını da əlavə edib. Eyni zamanda iclasda təhsil sahəsində çalışanların əmək haqlarının artırılmasının da vacib olduğu vurğulanıb.

Komitə iclasında tikinti sahəsində yoxlamların bərpa edilməsi məsələsinə də baxılıb.

Bu dəyişiklik də birinci oxunuşda qəbul edilib.

Xəbər lenti