Xəzər Xəbər

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq VİDEO

Veb TV | 19:42 • 20 May 2019
Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq

UEFA Avropa Liqası turnirinin final oyununa marağın çox olması nəzərə alınaraq bakı olimpiya stadionunda əlavə biletlər satışa çıxarılacaq.Oyuna azarkeş marağının çox olması səbəbindən aviaresyslərin sayı artırılıb. Final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan bakıya gəlməsi ehtimalının böyük olduğu nəzərə alınaraq Tiblisi Bakı marşrutu üzrə işləyən avtobusların sayı artılırıb.

Avroliqanın final oyunun artıq sayılı günlər qalıb.BOS daha bir möhtəşəm yarışa ev sahibliyi edəcək.Azarkeş marağının çox olması nəzərə alınaraq iki gün əvvəl əlave biletlər satışa çıxarıldı. Lakin cəmi iki saata həmin biletlər satılıb qurtardı. Qonşu ölkələrdən və avropadan azarkeşləridn daha çox gələcəyi ehtimal edilir.Maraq nəzərə alınaraq satışa əlavə biletlərin çıxarılacağı gözlənilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə,azarkeşlərin şəhərdə daha çox olduğu yerlərdə xidmətin əməkdaşları bukletlər paylayacaq.Turistlər bu bukletlrdəki məlumatların köməyi ilə gəzməli yerlər və ora necə getməy haqqında ətraflı məlumat əldə edəcəklər.Azarkeşlərin bölgələrə üz tutması da nəzərə alınaraq rayonlara işləyənavtobusların da sayı artırılacaq.

Qeyd edək ki,avroliqanın final oyunu may ayının 29 da saat 23.00 da baş tutacaq.Final oyununda İngiltərənin "Çelsi" və "Arsenal" klubları qarşılaşacaq.

Xəbər lenti