Xəzər Xəbər

Azərbaycanda yenilik - Hakim tərəfləri “Barışıq skamyası”nda barışdırdı - VİDEO

Veb TV | 19:47 • 20 May 2019
Azərbaycanda yenilik -

Məhkəmə mübahislərinin müsbətsonluqla bitməsi üçün ən maraqlı addımlardan biri məhəkəmə binasının qarşısna qoyulan"barışıq skamyası”dır.Söhbət Bakı Apelyasiya Məhkəməsinin qarşısına qoyulan skamyadan gedir.Amma görünən odur ki, skamya sadəcə rəmzi xarakter daşımır həmdə işə yarıyır.

Bu skamya-nın məqsədi mübahisələri həll etmək insanları barışdırmaqdır. Elə gördüyünüz bu şəxslər kimi.

Videoda gördüyünüz şəxslərin müxtəlif səbəblərdən mübahisəli məhkəmə prosesləri olub.Amma daha sonra hakim və vəkillərinin məsləhəti ilə razılığa gəliblər.Elə xoşbəsxt sonluqda məhz bu skamyada baş tutub.

Hakim İsmayıl Xəlilovun sözlərinə görə hər bir hakimin əsas işlərindən biri tərəflər arasında razılıq əldə edib məsələni xoş sonluğa, barışığa sövq etməkdir. 3 ilə yaxındır davam edən çətin və mübahisəli məhkəmə prosesindən biridə məhz bu gün barışıq skamyasında əyləşdikdən sonra xoş sonluqla bitib.Hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən mübahisəli işdə məhkəmə heyəti tərəfləri "Barışıq skamya"sında oturdub. Hər iki tərəf skamyada oturduqdan sonra barışıq sazişini imzalayıblar.

Qeyd edək ki barışıqskamyaları bir çox ölkədə təbiq edilir. Xüsusi ilə də boşanma ərəfəsində olan cütlükləribarışdırmaq üçün daha çox istifadə edilir.

 

Xəbər lenti