Xəzər Xəbər

Ölmüş şəxsə çağırış vərəqəsi göndərilib VİDEO

Veb TV | 19:59 • 20 May 2019
Ölmüş şəxsə çağırış vərəqəsi göndərilib

Şamaxı rayonun Avaxıl kəndində 8 il əvvəl dünyasını dəyişmiş şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindən çağırış gəlib. Həmin şəxsin yaxınları çaş-baş qalıb.

Ölmüş şəxsə tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib..

Şamaxı rayonunun Avaxıl kəndində yaşamış və 2011-ci ildə dunyasını dəyişmiş İbrahimov Rauf Ötərxan oğlunun adına təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Raufun böyük qardaşı Nüsrət İbrahimov deyir ki, onun balaca qardaşı 8 il əvvəl 24 yaşında xəstəlikdən dunyasını dəyişib.

Nüsrət bu hadisənin onların ailəsində pis təəssürat yaratdığını bildirib. O, belə səhvlərin təkrarlanmamasını tələb edir.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsindən Xəzər Xəbər-ə bildirildi ki, hərbi vəzifəli və çağırışçıların ad-soyadlarında, vətəndaşlıq vəziyyətlərində, eləcə də ölümü hallarında onlara 7 gün müddətində məlumat verilməlidir. Lakin onlara belə bir sənəd təqdim olunmadığına görə Şamaxı rayonun Avaxıl kəndində yaşamış Rauf İsgəndərova ölümündən sonra təkrar tibbi komissiyadan keçməsi üçün çağırış göndərilib. Yerli icra orqanlarının verdiyi məlumata görə isə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı RayonŞöbəsinə Rauf İsgəndərovun ölümü haqqında şəhadatnaməsi təqdim olunub.

Xəbər lenti