Xəzər Xəbər

Məşhur cütlüyə hücum edən şəxs SAXLANILDI

Şou Biznes | 16:59 • 20 May 2019
Məşhur cütlüyə hücum edən şəxs

Türkiyənin tanınmış cütlüyü Kıvanc Tatlıtuğ və Başak Tatlıtuğ işlətdikləri kafedə hücuma məruz qalıblar.

Kafeyə hücum edən şəxs polis tərəfindən saxlanılıb.

İddialara görə ötən aylarda kafeyə gələn Sinan A. adındaki şəxs əsəbi halda qışqırmağa başlayıb. Kafenin qapısını yumruqlayaraq içəri girməyə çalışan Sinan haqqında işçilər polisə xəbər verib.

Məlum olub ki, həmin şəxs B.Tatlıtuğun refiqəsinin sevgilisi olub və onu tərk edən sevgilisi haqqında danışmaq üçün kafeyə gəlib.

Metbuat.az

Xəbər lenti