Xəzər Xəbər

Hacıqabulda yük avtomobili piyadanı vurub

Region | 10:11 • 20 May 2019
Hacıqabulda yük avtomobili piyadanı vurub

Hacıqabulda yük avtomobili piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


"KamAz” markalı yük avtomobili yolu keçən Navahi kənd sakini Vüsal Baxşıyevi vurub. Ağır xəsarət alan piyada kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.


Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti