Xəzər Xəbər

"Boeing" şirkəti "Boeing 737 Max" təyyarələrinin proqram təminatında səhvlərin olduğunu etiraf edib

Dünya | 14:56 • 19 May 2019
"Boeing" şirkəti "Boeing 737 Max" təyyarələrinin proqram təminatında səhvlərin olduğunu etiraf edib

ABŞ-ın "Boeing" şirkəti "Boeing 737 Max" tpli təyyarələrin proqram təminatında səhflərin mövcud olduğunu etiraf edib.


ONA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, artıq MCAS proqram təminatına müvafiq düzəliş edilib və istifadəçilər bu barədə məlumatlandırılıb.


"Boeing" şirkətinin yaydığı məlumatda bildirilir ki, MCAS proqram təminatından pilotlara "Boeing 737 Max" təyyarələri idarə etmək üçün keçirilən təlimdə istifadə edilir.


Xatırladaq ki, son 6 ayda "Boeing 737 Max" tipli iki təyyərin qəzaya uğraması nəticəsində 346 nəfər ölüb. 2018-ci ilin oktyabrında İndoneziya sahillərində baş verən qəzada 189, bu ilin martında Efiopiyada baş verən qəzada isə 157 nəfər həyatını itirib. Efiopiyadakı hadisədən sonra bir çox aviaşirkətlər "Boeing 737 Max" tipli təyyarələrdə baş verən qəzaların səbəbi aydınlaşana qədər bu təyyarələrin istismarını dayandırdığını bəyan edib. "Boeing" şirkəti bu təyyarələrin hamısını geri çağırıb və texniki çatışmazlıqları araşdırmağa başlayıb.

Xəbər lenti