Xəzər Xəbər

Venesuelada göyərtəsində iki general olan helikopter qəzaya uğrayıb

Dünya | 12:11 • 26 Aprel 2019
Venesuelada göyərtəsində iki general olan helikopter qəzaya uğrayıb

Venesuelada baş verən helikopter qəzası nəticəsində general Alfonso Torres və pilot Luis Urdaneta həlak olub, daha bir general – Suliya ştatının operativ müdafiə zonasının rəisi Diliya Rodriges və ordu kapitani yaralanıb.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəza Marakaybo şəhəri rayonunda qeydə alınıb. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Venesuela prezidenti Nikolas Maduro həlak olanların ailələrinə başsağlığı verib və qəza nəticəsində xəsarət alanlara lazımi yardım göstərməyi tapşırıb.


Qəzanın səbəbləri hələlik məlum deyil.

Xəbər lenti