Xəzər Xəbər

Rusiyada küçədə azərbaycanlının meyiti tapılıb

Dünya | 12:06 • 26 Aprel 2019
Rusiyada küçədə azərbaycanlının meyiti tapılıb

Ötən gecə Rusiyada Vasilyevski adasında azərbaycanlının meyiti tapılıb.


Bu barədə "Nevskiye Novosti” saytı məlumat yayıb.


Bildirilir ki, meyit mağazanın qarşısında səkidə aşkar edilib. Polisin məlumatına əsasən, meyitin üzərində zorakılıq əlamətləri yoxdur. İlkin araşdırma zamanı ölən şəxsin Sankt-Peterburqda yaşayan 30 yaşlı azərbaycanlı olduğu məlum olub. Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib. (ONA)

Xəbər lenti