Salyanda "QAZel" markalı mikroavtobusla "Mercedes" markalı minik maşını toqquşub.
Hadisə rayonun Noxudlu kəndinin ərazisində baş verib.
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan beşi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dördünə isə ilkin yardım göstərilərək ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)