Xəzər Xəbər

Prezident Pekində bir sıra görüşlər keçirib VİDEO

Veb TV | 18:39 • 25 Aprel 2019
Prezident Pekində bir sıra görüşlər keçirib

Pekində səfərdə olan prezident İlham ƏliyevÇinin qabaqcıl şirkətlərinin rəhbərləri ilə görüşüb.Dövlət başçısının Huvaey şirkətinin sədri , China National Eletric Engineeringşirkətinin prezidenti və China Polu Group Korporasiyasınınsədri ilə bir araya gəlib.

Prezidentİlham Əliyev "Huavey" şirkətinin sədri Lian Xua ilə görüşüb. "Huavey" şirkətinin sədri15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərinibildirib və onlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkür edib. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Huavey" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. dövlət başçısı Azərbaycan ilə "Huavey" arasında əməkdaşlıq baxımından böyük perspektivlərin olduğunu deyib,İKT sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb. Söhbət zamanı İKT infrastrukturu, ağıllı kənd təsərrüfatı, ağıllı şəhər və ağıllı ev, rəqəmsal iqtisadiyyat, rəqəmsal təhsil və digər sahələrdə reallaşdırıla biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı"China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy ilə də görüşüb. Şirkət rəhbəri Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalanmasına diqqət çəkib . O, Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıb. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyib. Prezident İlham Əliyev "China National Electric Engineering" şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirib, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirib. Prezident İlham Əliyev dünən Çin ilə müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirib.

Prezidentt İlham Əliyev həmçinin "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə bir araya gəlib. Korporasiyanın sədri Su Nianşa rəhbərlik etdiyi şirkətin Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq qurduğunu və ölkəmizdə fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını deyib. Prezident İlham Əliyev Azərbaycanda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi sayəsində Çindən ölkəmizə turist axınının sürətləndiyini bildirib. Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş fikir mübadiləsi aparılib.

Xəbər lenti