Xəzər Xəbər

İspaniya mediası yazdı: "Barselona" Arda Turanı yenidən...

İdman | 18:08 • 25 Aprel 2019
İspaniya mediası yazdı: "Barselona" Arda Turanı yenidən...

İspaniya nəhəngi "Barselona” türkiyəli futbolçu Arda Turanı satmaq istəyir.

Kataloniyalılar hazırda "Başakşəhər”də icarə əsasında çıxış edən ulduz futbolçunu bu yay transfer pəncərəsində göndərmək niyyətindədir.

"Barselona” həm futbolçu siyahısını kiçiltmək, həm də Arda Turana görə "Atletiko Madrid”ə verilən 41 milyon avronu geri qaytarmaq üçün hərəkətə keçəcək.

"El Confidencial” və "Barselona”ya yaxınlığı ilə tanınan "Sport” nəşrlərində yer alan xəbərə görə, kalatonların transfer üçün prioriteti "Başakşəhər”dir. Lakin İstanbul klubu bu transferə müsbət baxmır. Bir başqa seçim isə "Qalatasaray”dır. Daha əvvəl Arda Turanın sarı-qırmızılı komandaya geri qayıdacağı iddia edilmişdi. Lakin futbolçunun transferinin baha başa gəlməsi bu iddiaları doğrultmamışdı.

Qeyd edək ki, Arda Turan gözlənilən performansı sərgiləmədiyi və meydançadan kənarda davranışları ilə qalmaqallar yaratdığı üçün uzun müddət "Barselona” forması geyinə bilmədi və 2018-cı ildə İstanbula geri qayıtdı.

Xəbər lenti