Xəzər Xəbər

Türkiyə Super Liqasında Abdullah Avcı bombası

İdman | 17:23 • 24 Aprel 2019
Türkiyə Super Liqasında Abdullah Avcı bombası

Abdullah Avcı mövsümün sonunda "Başakşəhər"i tərk edə bilər.


XəzərXəbər "Takvim" qəzetinə istinadən xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi 55 yaşlı mütəxəssisi komandanın baş məşqçi postuna gətirməyi planlaşdırır.


Məlumata görə, "Fənərbaxça" İdarə Heyətinin əksər üzvləri Ersun Yanalın mövsümün sonunda yola salınmasını istəyir. Bildirilir ki, son 5 turda komanda uğursuz nəticələri davam etdirsə, mütəxəssis mövsüm bitən kimi yola salınacaq və Abdullah Avcı ilə danışıqlar başlayacaq.


2014-cü ildən "Başakşəhər"i çalışdıran Abdullah Avcının isə komandası bu mövsüm çempion olmasa, istefa verəcəyi deyilir. Ona Avropadan da ciddi təkliflərin olduğu bildirilir.


Qeyd edək ki, 29 turdan sonra "Başakşəhər" 62 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Qalatasaray"ın 59, üçüncü yeri tutan "Beşiktaş"ın 56 xalı var.


Fanat.Az


Xəbər lenti