Xəzər Xəbər

27 il sonra KOMADAN AYILDI Dediyi İLK SÖZ HAMINI AĞLATDI

Dünya | 16:59 • 24 Aprel 2019
27 il sonra KOMADAN AYILDI

Birləşmiş Ərəb Əmirliklərində 1991-ci ildə baş verən avtomobil qəzası zamanı komaya düşən qadın ayılıb.

XəzərXəbər BBC-yə istinadən xəbər verir ki, 27 il sonra özünə gələn Munira Abdulla adlı xanımın dediyi ilk söz oğlunun adı, yəni Omar olub. Gecə saatlarında ananın qəfildən oğlunu çağırması hamını duyğulandırıb.

Həkimlər dərhal xəstəni yenidən müayinə edərək, onun vəziyyətinin nisbətən düzəldiyini bildiriblər.

Qeyd edək ki, 27 il əvvəl ana o vaxt 4 yaşında olan oğlunu məktəbdən evə gətirərkən qəzaya düşüb. Ana və oğlunun olduğu avtomobil avtobusla toqquşub.

Uşağın xəsarət almaması üçün qəza zamanı ana oğlunu ağuşuna alıb. Nəticədə valideyn başından ağır xəsarətlər alıb. 4 yaşlı uşaq isə yüngül xəsarətlər alaraq, xilas olub. Aldığı zərbədən komaya düşən 32 yaşlı xanımın səhhətində 2018-ci ilə qədər irəliləyiş olmayıb.

Ötən il o Almaniyada müalicəyə göndərilib. Məhz bundan sonra xanımın səhhətində irəliləyiş müşahidə olunub. İndi 59 yaşında olan qadının psixoloji pozuntular keçirməməsi üçün onun yalnız ailə üzvləri ilə görüşməsinə icazə verilir.

Xəbər lenti