Xəzər Xəbər

Fernando Muslera Premyer Liqa klbularının hədəfində

İdman | 16:53 • 24 Aprel 2019
Fernando Muslera Premyer Liqa klbularının hədəfində

"Qalatasaray"ın qapıçısı Fernando Muslera İngiltərə klublarının hədəfinə düşüb.

XəzərXəbər "Akşam"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri - "Bornmut"la "Kristal Pelas" uruqvaylı qapıçı ilə maraqlanır. İstanbul klubu 32 yaşlı qapıçının transfer qiymətini və onunla bağlı mövqeyini açıqlamayıb.

Qeyd edək ki, Muslera bu mövsüm 39 oyunda meydana çıxıb. 8 ildir "Qalatasaray"da çıxış edən qapıçının illik maaşı 4 milyon avrodur.

Xəbər lenti