Xəzər Xəbər

"Mançester Siti" ciddi itkiylə üzləşdi

İdman | 16:22 • 24 Aprel 2019
"Mançester Siti" ciddi itkiylə üzləşdi

İngiltərə Premyer Liqasında "Liverpul"la çempionluq yarışında olan "Mançester Siti" ciddi itkiylə üzləşib.

XəzərXəbər xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Kevin de Bruyne sıradan çıxıb. Premyer Liqanın 35-ci turunda "Tottenhem"lə görüşdə zədələnən belçikalı yarımmüdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm 30 oyuna 5 qol vurub, 9 assist edib.

Xəbər lenti