Xəzər Xəbər

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi - VİDEO

Veb TV | 16:13 • 24 Aprel 2019
Azərbaycanlı xanım

"Mir 24” telekanalı azərbaycanlı fitnes model Cia haqqında maraqlı süjet nümayiş etdirib.

XəzərXəbər xəbər verir ki, süjetdə diplomlu fitnes məşqçinin iki tonluq avtomobili yerindən tərpətdiyi əks olunub.

Bundan öncə isə Cia "Kamaz” markalı avtomobili yerindən çəkməyi bacarıb.

"Kişilər qadınların güclü olmadıqlarını iddia edirlər. Mən isə onların səhvfikirdə olduqlarını sübuta yetirmək istəyirəm”, - deyə Cia bildirib.

Deyib ki, o, idman zalından daha çox fotostudiyada tər tökür:

"Mənim ən böyük arzumözümü dünyaca məşhur dərgilərin üz qabığında görməkdir”.


Xəbər lenti